Ölkə

Almaniyada icazəsiz yaşayan 45 azərbaycanlı ölkəyə qaytarılıb

7 Fevral 2025 10:05
Baxış: 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində 6 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 45 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin məlumatında deyilir.

Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.