Ölkə

Laçında yük maşını aşdı - ölən var

4 Fevral 2025 09:29
Baxış: 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Laçında yük maşını aşıb, sürücü ölüb.

Milli.Az xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonunun Pircahan kəndi ərazisində baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Aslan Nağızadənin idarə etdiyi "Howo" markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb./APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.