Klinika 37 yaşlı kişini necə öldürüb? – Xanımı danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, yanvarın 21-də Ceyhun Akif oğlu Süleymanov müalicə aldığı "Medilife" klinikasında dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, mərhumun həyat yoldaşı müraciət ünvanlayıb və Ceyhun Süleymanovun ölümü ilə bağlı bəzi məlumatları paylaşıb.
"Yoldaşım 1988-ci il təvəllüdlü Ceyhun Akif oğlu Süleymanov yanvarın 21-də səhər saatlarında Bakıxanov qəsəbəsində yerləşən "Stimul" klinikasına müayinə üçün müraciət edir. Orada olduğu müddətdə təzyiqi aşağı düşür və oranın həkimləri onun özünü dərman almaq üçün aptekə göndərirlər. Yoldaşım "Stimul" klinikasına müayinə olunmaq məqsədilə gedib. Klinikada narkoz həkimi olmadığı üçün onu həmin ərazidə yerləşən "Medilife" klinikasına yönləndirirlər. Həmin klinikada heç bir analiz edilmədən, həkim yoxlanışı aparılmadan dərhal yoldaşımın bağırsağını 3-4 dəfə yuyurlar.
Günorta saat 14:00-15:00 radələrində yoldaşım anasına zəng edib deyib ki, klinikadadır və vəziyyəti yaxşıdır, bağırsaqları tam yuyulandan sonra evə qayıdacaq. Hətta həmin ərəfədə palatada özünü videoya da çəkib. Daha sonra ondan xəbər alınmır. Onunla gedən dostunun dediyinə görə, evlə danışandan sonra yenə bağırsağı yuyulur və bundan sonra klinikanın dəhlizində həkimlər təşvişlə ora-bura qaçırlar ki, bəs, xəstə ayılmır.
21.01.2025 tarixindən bu günə qədər bizə yoldaşımın hansı səbəbdən dünyasını dəyişməsi barədə həmin klinikadan məlumat verilməyib. Aidiyyəti qurumlardan, xüsusilə yoldaşımın ölümü ilə əlaqədər bu işi aparan Sabuncu Rayon Prokurorluğu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB-dən və ümumiyyətlə bu işlə bağlı araşdırma apara biləcək qurumlardan artıq dərəcədə təvəqqe edirəm ki, iki azyaşlı övladım və mərhum yoldaşımın hər iki xəstə valideyni ilə düşdüyümüz naəlac vəziyyətimizə etinazsız və laqeyd yanaşılmasın. Bu ölüm işində təqsirkar və səbəbəkar olan hər kəs araşdırılaraq cəzalandırılsın.
Mənim səhhətimlə bağlı problemlərim var, heç bir yerdə işləmirəm. Qayınatam və qayınanam ağır xəstədir. Evimizdə yeganə işləyən şəxs yoldaşım idi. Aidiyyəti qurumlardan çox xahiş edirəm ki, mənə kömək edəsiniz ki, 11-12 yaşlı övladlarımın gözüyaşlı qalmalarının səbəbkarlarının kimliyi müəyyənləşsin".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
-
ADNSU-nun kollecində yeni şöbə müdiri 10-dan çox işçini işdən çıxarıb – İDDİA - Yenilənib
-
Azərbaycan daha bir Konvensiyaya qoşulur
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Ər-arvadın qətlində şübhəli bilinən şəxsin işi məhkəməyə göndərildi
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
-
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər
-
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
-
ADNSU-nun kollecində yeni şöbə müdiri 10-dan çox işçini işdən çıxarıb – İDDİA - Yenilənib
-
Azərbaycan daha bir Konvensiyaya qoşulur
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Ər-arvadın qətlində şübhəli bilinən şəxsin işi məhkəməyə göndərildi
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
Daha iki azərbaycanlı Gürcüstandan ölkəyə ekstradisiya edildi
-
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
-
Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
“Ginnesin Rekordlar Kitabı”na düşən avtomobil hərraca çıxarıldı
-
"Dnepr"in futbolçusu Azərbaycan millisinə dəvət aldı
-
Fransanın hava məkanında 4 təyyarə ilə bağlı bomba həyəcanı
-
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi
-
Yaponiyada güclü zəlzələ oldu
-
"Fənərbağça-Liverpul" matçında geyindiyi corabları 10 min dollara satdı
-
ADSEA daha iki kənddə içməli su layihəsi həyata keçirib - (Foto)
-
Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
-
Millimizin heyəti açıqlandı
-
Rəqsanə sənətdən gedir
-
Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
-
Mourinyodan Arda Gülərlə bağlı qərarını verdi





