Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər həkim səhlənkarlığı ucbatından ölüm və xəsarət halları artıb. Maraqlıdır ki, tərkibində cinayət əməli daşıyan vəziyyət hələ də aktualdır. Bunun bir səbəbi də son günlər müxtəlif kurslarda oxuyub sertifikat və ya saxta diplom alan "həkim"lərlə bağlıdır. Dəfələrlə müşahidə edilib ki, həmin şəxslər heç bir ali tibbi təhsil almadan müxtəlif klinikalarda həkim kimi fəaliyyət göstərirlər. Sual yaranır ki, hər özünə "həkiməm" deyən şəxs klinikalarla necə əməkdaşlıq edir? Onların bu formada fəaliyyət göstərməsi nə qədər qanunidir? Həmçinin, bu kimi qanun pozuntularına yol verən neçə klinika və həkim cərimələnib?
Milli.Az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Oxu.Az-a açıqlamasında bildirib ki, mülkiyyət formasından, yəni istər dövlət, istərsə də özəl sektor tabeçilik formasından asılı olmayaraq (ya Səhiyyə Nazirliyinə, ya da TƏBİB-ə tabe olan), tibb müəssisələrində işə qəbulun bir proseduru var:
"Bunun üçün şəxsin tibb sahəsində fəaliyyət göstərən mütəxəssis olduğunu və ixtisasını təsdiq edən diplomu olmalıdır. Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdə biz artıq ikipilləli təhsil sisteminə keçdiyimizə görə ümumi tibbi praktikanı təsdiq edən diplom və rezidentura təhsilini təsdiq edən diplom olmalıdır. O da həkimin konkret hansı sahənin ixtisası ilə mütəxəssis olduğunu təsdiq edir.
Azərbaycanda özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün universiteti və rezidenturanı bitirdikdən sonrakı beş il ərzində yenidən həkimlər və orta tibb işçiləri imtahana cəlb olunurlar. Buna da sertifikasiya imtahanı deyilir və hər bir həkimə və tibb bacısına sertifikat verilir. Deməli, ümumiləşdirərək, tibbi fəaliyyətlə məşğul olan həkimlərin, birincisi, tibb fəaliyyəti ilə məşğul olmağı təsdiq edən diplomu, ikincisi, ixtisasını təsdiq edən diplomu, üçüncüsü isə praktiki fəaliyyətlə məşğul olmasına icazə verən sertifikatı olmalıdır. Bu üç sənədi olmayan tibb işçisi tibb müəssisəsində ixtisaslı həkim kimi fəaliyyət göstərə bilməz".
Deputat əlavə edib ki, bu prosesdə qayda-qanuna nəzarət etmək üçün dövlət müəssisələrində ümumi reyestrdə həkimlərin elektron formada həm şəxsi kabinet şəklində sənədləri, həm də ümumi portalda əmək müqaviləsinin elektron forması olur:
"Əmək müfəttişliyi və digər yoxlayıcı qurumlar da asanlıqla elektron formada bu proseslə tanış ola bilərlər. Özəl sektorda isə dediyimiz kimi, həmin qaydada bu məsələlər öz həllini tapmalıdır. Əgər bu sahədə kənaraçıxmalar olarsa, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi və İqtisadiyyat Nazirliyi bu proseslərə nəzarət edir".
Qeyd edək ki, qanun pozuntularına yol verdiyi üçün cərimələnən klinika və həkimlərin statistikası ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi və TƏBİB-ə sorğu ünvanlamışıq. Nəticəsi barədə məlumat verəcəyik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
XƏBƏR LENTİ
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"





