Estetik əməliyyatdan sonra ölüm və koma olan klinikanın rəhbəri: "Məşğulam, danışa bilmirəm"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir müddətdir, Bakıda yerləşən "Mərcan Medicare" klinikası xoşagəlməyən xəbərlərlə gündəmdədir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, klinikanın adı öncə 2024-ci ilin dekabrında bloqer Nərmin Bəylər qızı İsgəndərovanın (Mehdiyevanın) ölümü ilə bağlı hallandı.
Bloqerin noyabr ayında keçirdiyi bədənşəkilləndirmə əməliyyatından bir müddət sonra öldüyü məlum olanda onu əməliyyat edən həkim - Nurlan Həsənlinin diplomunun olmadığı iddia edildi.
Klinikanın baş həkimi Araz Ağayev həmin vaxt iddiaları təkzib edərək, əməliyyatı plastik cərrah Oruc Məmmədovun icra etdiyini, N.Həsənlinin onun köməkçisi olduğunu bildirdi. Üstəlik, Nurlan Həsənlinin Rusiyada tibb təhsili aldığını, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikada həkim köməkçisi kimi fəaliyyət göstərdiyini dedi.
Oxu.Az-ın Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bu gün əldə etdiyi məlumata görə, sözügedən məsələ ilə bağlı araşdırma aparılıb və klinika cərimə edilib.
Növbəti xoşagəlməz hadisə 30 yaşlı Nəzrin Mansurovanın başına gəlib. Yanvarın 3-də "Mərcan Medicare" klinikasında burnundan əməliyyat olunan xanımın beynində fəsad yaranıb və komaya düşüb. "Liv Bona Dea Hospital"ın Reanimasiya şöbəsinə yerləşdirilən N.Mansurova süni tənəffüs aparatına qoşulub.
N.Mansurovanın əməliyyatı ilə bağlı məlumat almaq üçün Oxu.Az "Mərcan" klinikasının baş həkimi Araz Ağayevlə əlaqə saxlayıb. O isə məşğul olduğunu deyərək telefonu söndürüb.
Maraqlıdır, baş həkim bu cür ağır hadisələrin fonunda nə işlə məşğuldur?
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
XƏBƏR LENTİ
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək





