Ölkə

ABŞ səfirindən Azərbaycana təbrik

31 Dekabr 2024 15:16
Baxış: 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycanı təbrik edib.

Milli.Az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında videomesaj paylaşılıb.

Səfir yeni ildə hər kəsə sülh, firavanlıq və xoşbəxtlik arzulayıb:

"Birləşmiş Ştatlar Azərbaycanla əlaqələrin inkişafına dəyər verir, ortaq məqsədlər üçün birgə işlərin davam etdirilməsini böyük səbirsizliklə gözləyirik".

Diplomat həmçinin dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və çox sayda insanın həlak olması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib:

"Nizami Gəncəvi deyirdi ki, ən çətin anlarda ümidini itirmə. Çünki ən qara buludlardan büllur yağış yağar. Azərbaycanlı ekipajın şücaəti də həqiqətən ruhlandırıcıdır. Bu mənə ümid verir. Bu həmin faciənin qara buludlarındakı böyük yağışdır".

M.Libbi 2024-cü ildə Azərbaycan və Ermənistan arasında baş tutan danışıqlara da toxunub, sülh sazişinin imzalanacağına inamını ifadə edib:

"İnanıram ki, əlavə səy və siyasi cəsarətlə hər iki tərəf ləyaqətli və davamlı sülhü təmin edəcək sazişi imzalaya bilər. Belə bir saziş sülhü, sabitliyi, həm də bu regionda yaşayan xalqların rifahını təmin edəcək, bölgəni əsaslı şəkildə yaxşıya doğru dəyişəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.