Dünya

Əsəddən sonra Suriyaya gedən ilk avropalı nazirlər

3 Yanvar 2025 14:30
Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın xarici işlər naziri Annalena Berbok fransalı həmkarı Jan-Noel Barro ilə birlikdə Avropa İttifaqı (Aİ) adından Suriyaya birgünlük səfərə yola düşürlər.

Milli.Az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Nazirlər Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şara ilə danışıqlar aparmaq üçün Dəməşqə yollanıblar:

"Əsədin ağrılı hakimiyyəti başa çatıb. Yeni bir fəsil açılıb, lakin hələ yazılmayıb", - xanım Berbok səfərdən əvvəl deyib. Nazirin sözlərinə görə, Avropa ilə Suriya arasında "yeni siyasi başlanğıc" mümkündür.

Qeyd edək ki, Annalena Berbok və Jan-Noel Barro Bəşər Əsədin istefasından sonra Suriyaya səfər edən ilk Avropa nazirləridir. 

Nərmin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.