Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Hüseyn Talıbovu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır./"Report"
Milli.Az