Dünya

150 kiloqram çəkisi olan kişinin Yeni il gecəsi kabab yeməkdən mədəsi deşildi

3 Yanvar 2025 12:41
Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Novosibirsk şəhərində 150 kiloqram çəkisi olan kişi bayram ziyafəti zamanı kababı həddən artıq yediyi üçün xəstəxanaya yerləşdirilib.

Milli.Az yerli mediaya istinadla bildirir ki, təxminən səkkiz saat davam edən mürəkkəb əməliyyat nəticəsində onu xilas etmək mümkün olub.

Məlumata görə, kişi kababı bişirib və dostlarını qonaq çağırıb. Ev sahibi özü kababı həddən artıq yeyib və buna güclü içkilər də əlavə edib. Bir müddət sonra qarnında şiddətli ağrılar başlayıb.

O, təcili olaraq yerli Meşalkin tibb mərkəzinə yerləşdirilib. Burada həkimlər qeyri-standart yerdə aortanın yırtılması diaqnozu qoyublar. Zərərçəkənin hipertoniyası da olub. Nəticədə cərrahlar əməliyyat keçirib, bundan sonra manqal həvəskarı sağalmağa başlayıb.(Lent.az )

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.