Ölkə

Maşın vuran 7 yaşlı Arzunun son durumu

3 Yanvar 2025 15:21
Baxış: 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qax şəhəri ərazisində yolu keçən 8 yaşlı uşağın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, Qax Rayon Mərkəzi Xəstəxanasından "Azərtac"a bildirilib ki, Qax şəhər sakini, 2017-ci il təvəllüdlü Arzu Ramazanova avtomobil vurması nəticəsində xəstəxananın Təcili yardım şöbəsinə daxil olub.

Ona ilkin yardım göstərildikdən sonra cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda həkim nəzarəti altındadır, vəziyyəti orta-ağır olaraq qalır.

Qeyd edək ki, Ağdaş rayon sakini Sübhan Əsədov idarə etdiyi "Ford" markalı yük avtomobili ilə şəhərin Üzeyir Hacıbəyov küçəsində hərəkətdə olarkən yolu keçən azyaşlını vurub. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində araşdırma başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.