Ölkə

İşdən çıxarılmış rəisə yeni vəzifə verildi

14 Dekabr 2024 20:26
Baxış: 2 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:26

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin işdən çıxarılan rəisi, general-mayor Aqşin Kazımova yeni vəzifə verilib.

Milli.Az xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, general-mayor A.Kazımov Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin edilib.

Qeyd edək ki, 59 yaşlı A.Kazımov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsinə ötən ilin yayında təyin edilmişdi. Keçən ilin dekabrında isə ona general-mayor rütbəsi verilmişdi. /"Qaynarinfo"

----------
07:32

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, general-mayor Aqşin Kazımov vəzifəsindən azad edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, 59 yaşlı A.Kazımov bu vəzifəyə ötən ilin yayında təyin edilmişdi. Keçən ilin dekabrında isə ona general-mayor rütbəsi verilmişdi.


Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.