General vəzifəsindən azad olundu

14 Dekabr 2024 07:32

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, general-mayor Aqşin Kazımov vəzifəsindən azad edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, 59 yaşlı A.Kazımov bu vəzifəyə ötən ilin yayında təyin edilmişdi. Keçən ilin dekabrında isə ona general-mayor rütbəsi verilmişdi.


Milli.Az