İcra hakimiyyətlərinə maliyyə ayrılmasa rayonlarda nə baş verər? - Fərid Əliyevdən TƏKLİF
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu sistemin tətbiqi həm regionların inkişafı və dövlət büdcəsinə qənaət edilməsini, həm də büdcəyə əlavə vəsaitlərin daxil olunmasının təmin edəcək".
Bunu Milli.Az-a açıqlamasında ekspert Fərid Əliyev deyib.
Onun sözlərinə görə, regionların inkişafını bu cür təmin etmək olar:

"Bilirisiniz ki, ölkə başçısı Cənab Prezident İlham Əliyev regionların inkişafı məsələsini xüsusi nəzarətdə saxlayır və bu illər ərzində milyardlarla vəsaiti regionların inkişafına yönəldir. Ayrılan vəsaitlərin müqabilində görülən işlər o qədər də ürək açan deyil. Qazanmadığın pulları xərcləməyə nə var ki? Baxın, Cənab Prezident dəfələrlə icra başılarına rayona investisiyaların cəlb edilməsi üçün tapşırıq verib, lakin baxsaq bəzi rayonlarda hələ də vəziyyət ürəkaçan deyil. Çünki arxayınlıq yaranıb ki, bunu etsələr də, etməsələr də, onsuzda onlara dövlət büdcəsindən maliyyə ayrılacaq. Belə olduğu halda regionlarda hansı inkişafdan danışa bilərik? Düşünürəm ki, regionlara vəsaitlər yalnız öz qazandırdıqlarının müqabilində ayrılmalıdır. Bu sistemin tətbiqi həm regionların inkişafı, və dövlət büdcəsinə qənaət edilməsini, həm də büdcəyə əlavə vəsaitlərin daxil olunmasının təmin edəcək. Və özlüyündə biznes mühitinin, turizmin inkişafının, yerli və beynəlxalq investorların cəlb edilməsi proseslərini gətirib çıxaracaq".

Ekspert bildirir ki, pilot layihə kimi bir və ya bir neçə regiondan başlamaqla bu sistemi başlatmaq olar.
"Təbii ki, biz bu sitemi birdən birə tətbiq edə bilmərik. Bunun üçün İlk öncə pilot layihə kimi bir və ya bir neçə region təyin etməliyik. Daha sonra həmin icra başçısı sistemli və ölçülə bilən idarəetmə mexanizmi ilə işə başlamalı və rayonun ümumi rifahı üçün hədəflər bəlirləməlidir. Kənd təsərrüfatı, heyvandarlıq, turizm, istehsal və s sahələrini təkmilləşdirərək yeni bazarlara çıxış proseslərini də təmin etməlidir. Bir sözlə, rayonun inkişaf və idarəetməsini mükəmməl şəkildə irəliyə doğru apararaq büdcəyə yeni maliyyə vəsaitlərinin daxil olunmasını təmin etməlidir. Ondan sonra dövlətə rayonun inkişaf planlarını təqdim edərək, öz qazandırdığı maliyyə vəsaitindən lazımı miqdarda ayrılması üçün müraciət edə bilər. Hədəflər və planlar olan hər bir sahədə rəqabət yaranır və rəqabət də hər zaman inkişafa aparır. Bax o zaman regionların inkişaf dövrü dövlət hesabına deyildə,öz hesablarına başlamış sayılacaq", deyə F.Əliyev təkliflə çıxış edib.

Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zlatan İbrahimoviç: "Arda "Barselona"nı seçsəydi..."
-
Formula 1-dən Bakı ilə bağlı paylaşım - (Foto)
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Lionel Messi Peleni geridə qoydu
-
Monitor AYNA-nın tədbirində aşıb?
-
Si Cinpin ABŞ-yə səfər edəcək
-
İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb
-
Bakıda nəhəng monitor qadının üstünə aşdı - (Video)
-
10 min manatlıq oğurluq edən şəxslər tutuldular
-
Məşhur supermodelin oğlu dünyasını dəyişdi - (Foto)
-
Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
-
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)





