Bakıda bu şirkət suyun qiymətində dəyişiklik etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paytaxt Bakının bir çox yaşayış yerlərində yəqin ki, ECOSU aparatlarına rast gəlmisiniz. Bu aparatlar içməli suyu filtrdən keçirdiyi üçün sakinlərin əksəriyyəti bu sudan istifadəyə daha çox üstünlük verirlər.
Milli.Az xəbər verir ki, şəhər sakinlərinin Titul.az-a verdiyi məlumata görə təxminən bir həftə olar ki, ECOSU-dan litri 10 qəpikdən doldurduqları suyun tarifi 12 qəpik müəyyən edilib.
Göndərilən fotofaktları da nəzərə alaraq öncə şirkətlə əlaqə saxladıq. Səlahiyyətli şəxs bu tarifi ECOSU olaraq özləri tənzimlədiklərini və şəhərdə harada bu aparat varsa, artıq hər yerdə yeni qiymətlə əhaliyə təklif edildiyini bildirilib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu da Titul.az-a açıqlamasında bildirib ki, bu qiyməti məhz ECOSU şirkəti özü tənzimləyib:
"Biz suyu xammal qiymətinə onlara satırıq. Qiyməti isə artıq şirkət özü tənzimləyir".
Xatırladaq ki, Azərbaycanda su tarifləri ən son iki il əvvəl, yəni 2021-ci ilin fevralında bahalaşıb. Bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kub metr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.
Ondan əvvəl isə suyun qiyməti əhali üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr üçün 35 qəpik, digər inzibati ərazi vahidlərində 30 qəpik, qeyri-əhali üçün 1 manat idi. Tullantı sularının axıdılması qiymətləri əhali üçün 1 kub metrə 15 qəpik, qeyri-əhali üçün 1 manat idi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Əlövsət Polad vəfat etdi
-
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
XƏBƏR LENTİ
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Əlövsət Polad vəfat etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)
-
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
-
Suraxanıda söküntü qalmaqalı: Sahibkarların tələbi nədir?
-
Sergen Yalçın Türkiyə millisinin heyətini açıqladı - Kerem dəvət edilmədi
-
"Qarabağ"dan Yankoviç və Silva açıqlaması
-
Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi (TAM ÇIXIŞ)
-
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər





