Ölkə

Yeni sosila islahat paketi hazırlanır: Göstəriş verildi

19 Noyabr 2024 12:10
Baxış: 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın günlərdə gələn ilin büdcə zərfi çərçivəsində Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan növbəti sosial islahatlar paketi müzakirə olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosail siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, həm minimum əməkhaqqı, həm pensiya, həm də sosial müavinətlərin artırılması ilə bağlı tapşırıqlar hökumətə göndərilib:

"Noyabrın 21-də keçirilən Əmək və sosial siyasət komitəsinin iclasında DSMF, İşsizlikdən sığorta fondunun büdcəsi geniş şəkildə müzakirə olunacaq. Ümumilikdə əmək pensiyalarının maliyyələşdirilməsi üçün 7,2 milyard manat ayrılması nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 11 % çoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.