Ölkə

Bakıda 6 dönərxananın fəaliyyəti dayandırıldı - FOTO

4 Noyabr 2024 18:14
Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı monitorinqlər zamanı Bakıda altı dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Milli.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Qeyd olunub ki, həmin dönərxanalarda qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya-gigiyena norma və qaydalarına əməl olunmadığı aşkarlanıb, bəzilərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.

Yoxlama zamanı Yasamal rayonunda bir, Nizami rayonunda üç, Binəqədi rayonunda isə iki dönərxananın fəaliyyətində nöqsanlar müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.