Ölkə

Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulmasına dair hesabat təqdim olundu - FOTO

25 Oktyabr 2024 16:24
Baxış: 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulmasına dair hesabat təqdim olunub.

Milli.Az xəbər verir ki, Bakı Təşəbbüs Qrupu tərəfindən hazırlanan hesabatda dənizaşırı ərazilərdə insan hüquqlarının, söz və ifadə azadlığının, seçki hüququnun pozulması, onların öz iradəsini ifadə etməsinə maneələrin mövcudluğu əks olunub.

Sənədin təqdimatı ilə əlaqədar keçirilən mətbuat konfransında BTQ-nin icraçı direktoru Abbas Abbasov bildirib ki, Fransanın müstəmləkə siyasəti yerli mədəniyyətlərə mənfi təsir edir. Bunun fonunda təhsil sistemində fransız dili üstün tutulduğundan yerli dillərin qorunması ilə bağlı təhlükələr mövcuddur.

Konfransda vurğulanıb ki, Fransanın dənizaşırı ərazilərdə həyata keçirdiyi nüvə sınaqları və pestisid istifadəsi həmin bölgələrin ekoloji çirklənməsinə, yerli əhalinin sağlamlığına ziyan dəyməsinə səbəb olur.

Mətbuat konfransında çıxış edən Fransa müstəmləkələri Qvadelupa, Martinika və Mayot bölgələrinin nümayəndələri çıxış edərək, öz dövlətlərində mövcud olan problemlərə toxunublar.

Onlar bildiriblər ki, Fransanın müstəmləkə siyasəti, iqtisadiyyat, mədəniyyət, ekologiyaya nəzarət və müdaxilə addımları sosial-ekoloji problemlərin dərinləşməsinə, meşələrin qırılmasına, su qıtlığı kimi fəsadlara, təhsil, səhiyyə, mədəniyyət, infrastruktur kimi sahələrdə ciddi problemlərə səbəb olur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.