Ölkə

Sabah bu ərazilərdə işıq olmayacaq

24 Oktyabr 2024 20:25
Baxış: 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah bir sıra ərazilərdə elektrik enerjisi kəsiləcək.

Milli.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Sumqayıt RETSİ-nə (Regional Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan bir sıra ərazilərdə 110/10 Kv-luq "Sumqayıt-2" yarımstansiyasında həyata keçirilən profilaktik təmir işləri ilə əlaqədar oktyabrın 25-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Qeyd edilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək Sumqayıtda 6, 9, 10, 12, 13-cü mikrorayonlarda, 47, 48-ci məhəllədə, Yaşıldərə yaşayış massivində, Corat və Saray qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.