Ölkə

Sabah Bakının 4 rayonunda qaz təchizatı dayandırılacaq

24 Oktyabr 2024 18:25
Baxış: 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Bakının Binəqədi, Suraxanı, Nərimanov və Yasamal rayonlarında qaz təchizatı dayandırılacaq.

Bu barədə Milli.Az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, oktyabrın 25-də saat 09:30-dan etibarən Binəqədi rayonu, 9-cu mkr. ərazisində qaz xətti üzərindəki siyirtmənin əvəz olunması və xəttin təmiri, saat 10:00-dan isə Suraxanı rayonunda sayğacların quraşdırılması, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması, Yasamal rayonunda qaz xəttinin mənbəyə qoşularaq tıxaclanması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonunun 9-cu və 6-cı mikrorayonlarının, "Varovski" və "Xutor" yaşayış ərazilərinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Suraxanı rayonunun İ. İsmayılov küçəsinin və Yeni Günəşli qəsəbəsinin Hətəm Allahverdiyev küçəsinin, Nərimanov rayonunun Ə.Əliyev, Təbriz və F.Yusifov küçələrinin, Yasamal rayonunun M.Axundzadə, N.Aşurbəyli və Fuad İbrahimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.