Maraqlı

Ən yaxşı kameraya malik 5 telefon

24 Oktyabr 2024 19:18
Baxış: 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir dövrdə telefon bizim ayrılmaz əşyamızdır. Telefon alarkən bəziləri praktikliyinə, bəziləri isə kamerasına diqqət yetirir. 

Milli.Az lent.az-a istinadən bildirir ki, "Tom's Guide" portalı ən yaxşı kameralı telefonları sınaqdan keçirib və onların siyahısını hazırlayıb. 

"iPhone 16 Pro"

Bu telefonun təkmil böyütmə obyektivi mütəxəssisləri heyran edib və "iPhone"un az işıqlı çəkilişləri bütün rəqiblərindən üstündür. Yeni kamera idarəetmə düyməsi də gözəl əlavədir.

"Pixel 9 Pro"

Ən yaxşı Android kameralı telefon "Pixel 9 Pro"dur. "iPhone 16 Pro" ilə yarışa bilər. Bu smartfonun heyrətamiz makro rejimi, rəqiblər arasında ən yaxşı gecə fotoşəkili və ən yüksək səviyyəli foto emal imkanları var. Versiya "9 Pro XL" yalnız ölçüləri ilə fərqlənir.

"Galaxy S24 Ultra"

Ən yaxşı premium kameralı telefon  "Galaxy S24 Ultra"dır. O, nəhəng 200MP əsas kamera və ən yaxşı böyütmə keyfiyyəti də daxil olmaqla, daha çox linzalarla bu gün mövcud olan ən çox yönlü kameranı təklif edir.

"Pixel 8a"

Qiymət və keyfiyyət baxımından ən yaxşısı  "Pixel 8a"dır. "Google" sübut etməyə davam edir ki, fotoqrafiya həvəskarlarının əla kameralı telefona bir ton pul xərcləməsi lazım deyil. Çox yaxından baxmasanız, demək olar ki, "Pixel 9 Pro" kimi yaxşı çəkilir, lakin qiymətin bir hissəsinə başa gəlir. Onun alternativi "iPhone 16" və "Galaxy S24"dür.

"OnePlus 12"

Problemlərin aradan qaldırılması üçün ən yaxşı telefon "OnePlus 12"dir. Əgər əvvəllər bu brendin smartfonları dizaynı və muxtariyyəti ilə seçilirdilərsə, onların ən son flaqmanı 3x böyütmə qabiliyyətinə malik yüksək səviyyəli telefoto kamera və sənayenin ən yaxşı ön kameralarından birini əldə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.