Dünya

Türkiyədə nazirin olduğu maşın qəzaya düşdü

24 Oktyabr 2024 19:35
Baxış: 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaşın olduğu maşın qəzaya düşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, nazir TUSAŞ terrorunda şəhid olan taksi şoferi Murad Arslanın dəfn mərasiminə qatılıb. Dəfn mərasimindən sonra terror hadisəsində yaralananları ziyarət etmək üçün xəstəxanaya yola düşən xanım Göktaşın olduğu maşın qəza törədib.

Zəncirvari qəza zamanı xanım nazir xəsarət almayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.