Ölkə

Qərargah rəisi azadlığa buraxılmadı, amma cəzası azaldı

19 Oktyabr 2024 10:30
Baxış: 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rüşvət alma ittihamı ilə 4 illik məhkum edilmiş N saylı hərbi hissənin qərargah rəisi Vüsal Əliyevin kassasiya şikayətinə baxılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Ali Məhkəmə məhkum zabitin şikayətini qismən təmin edib.

Hakimlər V.Əliyevin azadlığa buraxılmasını uyğun hesab etməyib. Qərara əsasən, onun cəzası 6 ay azaldılıb.

Məhkumun cəzaçəkmə müddəti 2023-cü ilin aprelindən hesablanır. Bu qərarla onun çəkilməmiş 2 il cəzası qalır.

Xatırladaq ki, kapitan Vüsal Məmmədov təkrar rüşvət almaqda təqsirli bilinib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona sanksiya həddindən aşağı - 4 il azadlıqdan məhrumetmə cəzası verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.