Ölkə

Vətəndaşlar bu tarixlərdə ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər - VİDEO

18 Oktyabr 2024 23:45
Baxış: 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"COP29 günlərində Neftçilər prospekti, Yusif Səfərov, Heydər Əliyev prospekti, Zərifə Əliyeva kimi əsas küçə və yollarda nəqliyyatın hərəkətində tənzimləmələr olacaq".

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu Bakı Olimpiya stadionuna təşkil edilən mediatur zamanı COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin direktoru Orxan Mahmudlu deyib.

O bildirib ki, COP29-a gələcək bütün qonaqların daşınması üçün nəqliyyat sistemi yaradılıb. Bu sistem özündə 16-ya yaxın nəqliyyat qovşağını əhatə edir. Hər bir nəqliyyat qovşağından səhər saat 7-dən axşam saat 10-a qədər avtobuslar nümayəndə heyətlərini Olimpiya Stadionuna və geriyə daşıyacaq.

Qeyd olunub ki, nəqliyyatın hərəkət intervalı günün pik saatlarında fərqli olaraq dəyişəcək. Noyabrın 4-dən etibarən müxtəlif nəqliyyat qovşaqları artıq aktivləşəcək. Ayın 10-dan etibarən isə bütün nəqliyyat qovşaqları fəaliyyətə başlayacaq. Həmçinin, COP29 günlərində ictimai nəqliyyat da akkreditasiyadan keçmiş bütün şəxslər üçün pulsuz olacaq.

Orxan Mahmudlu qeyd edib ki, digər avtomobillərin avtobus zolaqlarından istifadəsinə dair cərimələnmə mexanizmi COP29 zolaqlarına da aid olacaq. Növbəti aydan bu zolaqların COP29 üçün nəzərdə tutulan xüsusi qrup taksilər, avtobuslar və tədbirin xüsusi xidmət avtomobilləri tərəfindən istifadə olunması nəzərdə tutulub. Həmin zolaqlardan istifadə üçün müəyyən icazə vərəqələrinin istifadə edilməsi gözlənilir.

O da bildirildi ki, ilk dəfə olaraq bu tədbirdə enerji ehtiyaclarının yaşıl enerjidən qarşılanması üçün də işlər görülür.

COP29-da Media Departamentinin rəhbəri Pirim Pirimov isə açıqlamasında jurnalistlərin işinin təşkili üçün nəzərdə tutulan məkanın hazır olduğunu bildirib.

Eyni zamanda COP29-da əlilliyi olan insanlar da müxtəlif kateqoriyalarda bərabər şəraitdə iştirak edəcəklər. COP29 Müəssərlik Departamentinin eksperti Kamal Məmmədov bildirib ki¸ görmə məhdudiyyəti olan insanlar üçün bir sıra sosial xidmətlər əlavə olunub, eyni zamanda təkərli oturacaq istifadəçiləri üçün təmir servisləri də yaradılıb.

Qeyd edək ki, bu günə qədər 28 mindən çox şəxs COP29 üzrə qeydiyyatdan keçib.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.