Ölkə

Köşkü soyub 700 manatlıq lotoreya apardılar

17 Oktyabr 2024 13:00
Baxış: 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonunun Masazır qəsəbəsində köşkdən soyğunçuluq edilib. 

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, köşkə gəlmiş bir nəfərin oradan 700 manat dəyərində lotereya biletlərini soyğunçuluq yolu ilə talayaraq "BMW" markalı avtomobillə getməsi barədə polisə məlumat daxil olub. 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, "BMW" markalı avtomobilin sürücüsü, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş 24 yaşlı T.Məmmədov və sərnişini olan 27 yaşlı İ.Xıdırov müəyyən olunaraq saxlanılıb. 

Onların Masazır qəsəbəsində daha bir köşkdən soyğunçuluq etmələri də məlum olub. 

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.