Ölkə

Bu yolda avtobus zolağına giriş məhdudlaşdırıldı - FOTO

11 Oktyabr 2024 15:04
Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəsimi rayonu, Rövşən Cəfərov küçəsi, metronun "20 Yanvar" stansiyası istiqamətində yaşayış binasında aparılan təmir işləri ilə əlaqədar avtobus zolağının müəyyən hissəsi qismən məhdudlaşdırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

"Bundan başqa, Nizami rayonu, Heydər Əliyev prospekti, mərkəz, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi, "Koroğlu" m/st istiqamətlərində yolda qısamüddətli təmir işləri aparılır. Sürücülərdən hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur", NİİM-dən bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.