Bu universitet “THE World University Rankings 2025” nəticələrinə görə ölkədə lider oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın ən nüfuzlu reytinq təşkilatı olan "Times Higher Education" (THE) 2025-ci il üçün ən yaxşı universitetlərin ("World University Rankings 2025") reytinq siyahısını açıqlayıb.
Milli.Az-ın məlumatına görə, dərc olunan siyahıda Bakı Dövlət Universiteti (BDU) də yer alıb.
Dünyada 2092, Azərbaycandan isə 2 ali təhsil müəssisəsinin yer ala bildiyi siyahıda 1501+ diapazonunda qərarlaşan BDU ölkədə liderdir.
Qeyd edək ki, BDU fiziki elmlər (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və s.) və mühəndislik elmləri (kimya mühəndisliyi, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi və s.) üzrə THE-nin "İxtisasların Reytinqi" ("Subject Rankings 2024") siyahısında Azərbaycandan yer alan yeganə ali təhsil müəssisəsidir.
Nüfuzlu THE təşkilatının əsas fəaliyyət istiqamətlərindən biri dünyanın ali təhsil müəssisələrinin və ixtisaslarının reytinqini tərtib etmək, universitetlərin reytinqinin yüksəlməsi üçün tövsiyələr verməkdir. THE dünya universitetlərinin və ixtisaslarının reytinqini tədris, elmi-tədqiqat, istinad indeksi, beynəlxalq reputasiyası, sənaye gəlirləri və digər meyarlar əsasında qiymətləndirir.
Bu il ilk dəfə "World University Rankings 2025" siyahısına daxil olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetini təbrik edir və gələcəkdə qeyd olunan reytinq siyahısında ölkəmizi təmsil edən ali təhsil müəssisələrinin sayının artmasını arzulayırıq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Azərbaycanın vizasız gedə biləcəyi ölkələr - Siyahı
-
180 min nəfəri sevindirən qərar - Nazirlikdən açıqlama
-
İrem Derici hamilədir? – Özü cavabladı - (Foto)
-
Xaçmaz rayonunda arıçılıq və bal emalı sahəsinin inkişafı diqqət mərkəzindədir - (Foto)
-
Tıxaclar bitərsə, evlərin qiyməti necə dəyişəcək?
XƏBƏR LENTİ
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Hakan Fidan Azərbaycana gəlir
-
Azərbaycanın vizasız gedə biləcəyi ölkələr - Siyahı
-
Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı
-
180 min nəfəri sevindirən qərar - Nazirlikdən açıqlama
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
-
İrem Derici hamilədir? – Özü cavabladı - (Foto)
-
Gürcüstan DTX-nın yeni rəhbəri seçildi - (Yenilənib)
-
Xaçmaz rayonunda arıçılıq və bal emalı sahəsinin inkişafı diqqət mərkəzindədir - (Foto)
-
Tıxaclar bitərsə, evlərin qiyməti necə dəyişəcək?
-
Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılır
-
"Tottenhem" 4 oyundur qol üzünə həsrətdir
-
10 mindən çox azərbaycanlı Rusiyada təhsil alır
-
Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi - (Video)
-
Bakıda kişi çarpayıdan yıxılıb öldü
-
Lamin Yamal: “Mən və o, ən yaxşı futbolçularıq”
-
Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
-
Bərdədə ana xəstəxanaya çatmamış doğuş etdi
-
İki nəfərin öldüyü ziplayn faciəsində yeni versiya ortaya çıxdı - (Foto)
-
Polis əməliyyat keçirdi: 8 avtomat, 1 tapança, 8 tüfəng götürüldü
-
Qazın qiyməti bahalaşdı
-
Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət
-
Qatarların hərəkət intervalı dəyişdirilir





