Ölkə

Bakıda piyada səkisi parklanma üçün zəbt edildi

28 Sentyabr 2024 23:00
Baxış: 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli, 25 ünvanında şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində piyada səkisinin parklanma yeri üçün qanunsuz olaraq zəbt edilməsi faktı aşkarlanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Baş İdarə əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ərazidə razılaşdırılmadan salınan parklanma faktının qarşısı alınıb, görülən işlər dərhal dayandırılaraq, səki əvvəlki vəziyyətinə qaytarılıb.

Habelə ərazinin nəzarətdə saxlanılması məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına məlumat verilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.