Ölkə

Əvvəlcə toqquşdular, sonra divara çırpıldılar - FOTO

19 Sentyabr 2024 08:37
Baxış: 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Lənkəran şəhərinin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Toyota" markalı minik avtomobili ilə "Mercedes-Benz" markalı minik maşını toqquşub.

Toqquşma nəticəsində hər iki avtomobili yoldan çıxaraq, yol kənarındakı divara çırpılıb.

Qəzada hər iki nəqliyyat vasitəsinin sürücüləri və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.