Ölkə

Bəzi parklardan attraksionlar niyə yığışdırılıb?

19 Sentyabr 2024 08:15
Baxış: 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtda insanların dincəlməsi üçün kifayət qədər parklar salınıb.

Amma təəssüf ki, bu parklarda uşaqların əyləncəsi nəzərə alınmayıb. Bir sözlə, Bakıda bir çox parklarda attraksionlar ya yoxdur, ya da işləmir.

Milli.Az Baku TV-yə istinadən xəbər verir ki, bu da həm valideynlərin, həm də uşaqların narazılığına səbəb olur.

"Əvvəl attraksionlar var idi. İndi yoxdur, deyə əylənə bilmirəm" , - azyaşlı deyib.

Bəs görəsən, niyə parklarda attraksionlara rast gəlinmir? Onların fəaliyyəti nəyə görə dayandırılıb?

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, 2024-cü ilin ötən dövrü ərzində Bakı şəhərində yerləşən müxtəlif məkanlarda aparılmış yoxlamalar nəticəsində ümumilikdə 18 ədəd mexanikləşdirilmiş attraksionun istismarı ilə bağlı nöqsanlar aşkar edilib. Bu səbəbdən həmin attraksionların fəaliyyəti dayandırılaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Dənizkənarı Bulvar İdarəsindən isə bildirilib ki, bulvar ərazisindən yığışdırılan attraksionlar müasir tələblərə cavab vermir və istismar müddətini başa vurub. Köhnəlmiş attraksionların yığışdırılması həm də təhlükəsizlik baxımından vacib idi. Onların yeni nəsil attraksionlarla əvəzlənməsi istiqamətində işlər aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.