“Dərslər başlamamış uşaqlar məktəbə nifrət edirlər” - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yeni tədris ilinin açılmasına çox az bir müddət qaldığı üçün valideynlər və şagirdlər məktəbə hazırlıq işlərilə məşğuldurlar. Bəli, yeni tədris ilinə hazırlıq lazımdır, amma valideynlərin çoxu bu hazırlığı uşaqları üçün işgəncəyə çevirir və uşaqların bir çoxu artıq məktəb açılmamış məktəbə nifrət edirlər".
Milli.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a tanınmış psixoloq İlhamə Mustafayeva söyləyib.
Artıq bir neçə gün sonra başlanacaq yeni dərs ili ilə bağlı danışan ekspert bildirib ki, məktəb həyatına yeni başlayacaq uşaqların bu dönəmdə xüsusi qayğıya ehtiyacları olur:
"Çox təəssüflər olsun ki, şagirdlərin çoxu məktəb açılar-açılmaz yüklənirlər, çünki həm məktəbə, həm də əlavə hazırlıqlara gedirlər və eyni zamanda bir çox uşaq istədi-istəmədi valideynlərinin istəyi və təkidilə digər məşğələlərə yönəldilirlər. Bir əldə beş qarpız tutmaq yarışı başlayır valideynlər arasında. Kimin uşağı neçə hazırlığa gedir, kimin uşağı hansı nailiyyətlər qazandı yarışı başlayır. Uşaqlar həm fiziki, həm də mənəvi, psixoloji yüklənirlər. Bu da ona gətirir ki, uşağın şüuraltısı ona zəmin yaradır ki, o xəstələnsin və canını bu yüklənmələrdən qurtarsın".
Psixoloq qeyd edib ki, dərs ilinə adaptasiya prosesi birbaşa gələcək illərdəki nailiyyətlərə də təsir edir:
"Yeni tədris ilinə adaptasiya uşaqlar üçün çox önəmli məsələdir, məhz bu adaptasiya uşağın irəlidəki uğuralrının bünövrəsini qoyur, adaptasiya sürəcini doğru və sağlam keçirən şagirdlər sonrakı dönəmdə daha yaxşı nəticələr göstərir.
Eyni zamanda, vaxtında həyata keçməyən arzualarını uşaqlarının üzərindən həyata keçirmək istəyən valideynlər bilməlidirlər ki, bu, onların arzu və istəkləri olub, uşaqlar valideynlərinin reallaşa bilməyən arzularını həyata keçirməyə məcbur deyillər, onların öz istəkləri və öz arzuları var və bu istəklərini öz daxili imkanlarına görə həyata keçirə bilərlər, hansısa sahəyə potensialı olmayan uşağa o potensialı yükləmək olmaz, əksinə, onun öz potensialını inkişaf etdirmək lazımdır.
Burda ən əsas məqam uşaqların yüklənməməsidir.
Dərs açılan kimi uşaqlar dərs yükü ilə yüklənməməlidirlər, dərs yükü yavaş-yavaş artırılmalıdır ki, uşaqlar bunu aşırı hiss edib bu yük altında qalmasınlar, eyni zamanda, dərsdən sonra uşaqlar dincəlməli və istirahət etməlidir. Bizim valideynlərin çoxu düşünür ki, uşaq dərsdən gələn kimi dərs oxumalıdır.
Bu kodlama həm uşaqlarda dərsə qarşı ikrah yaradır, həm də obsessiv kompulsiv pozuntunun və həyəcan təşviş pozuntunun və s. psixi problemlərin yaranmasına və ya inkişafina zəmin yaradır.
Məktəbdən evə gələn uşaq ilk öncə nəfəs almalıdır, evdə olduğunu hiss etməlidir, dincəlməlidir və s.
Uşaqları məktəbə adaptasiya etmək və sevdirmək üçün məktəb ləvazimatlarını uşaqla birgə almaq və seçimi ona vermək lazımdır, sevdiyi və seçdiyi ləvazimatlarla məktəbə getmək və dərs oxumaq onda xoş təəssürat yaradacaq.
Uşaqların təmiz havada olması və oynaması onlara vacibdir, sinif otaqlarının havalandırması, temperaturun onlar üçün normal olması, əlavə qıcıqlandırıcı təsirlərin olmaması (toz,isti və s) vacibdir.
Sağlam qidalanma və yuxu rejiminə riayət etmək də əsas şərtlərdəndir.
Unutmamalıyıq ki, yeni tədris ilinin açılması payız fəslinə təsadüf etdiyindən bunu da nəzərə almaq lazımdır, uşaqlar eyni anda iki hala adaptasiya olmaq məcburiyyətində qalırlar.
Əsas olaraq şagirdlərə məktəbi sevdirmək lazımdır, məktəb təkcə tədris müəsisəsi olmamalıdır, həm də oyun və gözəl vaxt keçirmək, dostluq müəsisəsi olmalıdır, yalnız bu zaman uşaqlar məktəbə sevə -sevə, həvəslə gedəcəklər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
XƏBƏR LENTİ
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"





