Ölkə

Bakıda keçiddəki məşhur ticarət mərkəzi bağlandı - FOTO

30 Avqust 2024 10:10
Baxış: 6 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Metropoliteninin 20 Yanvar Stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.

Milli.Az xəbər verir ki, "APA-Economics" in əməkdaşının məlumatına görə, bu gün səhər saatlarında mağazalar bağlı olub. Sahibkarların bildirdiyinə görə, qərar dünən axşam saatlarında verilib. Bildirilib ki, mağazaların hansı səbəbdən bağlanması bəlli deyil.

Bakı Metropopoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "APA-Economics"ə bildirib ki, 20 Yanvar və Cəfər Cabbarlı metro xəttindəki keçidlərdəki obyektlərin onlara heç bir aidiyyatı yoxdur.

Bakı Şəhər İcra Hakimiyyətindən də bildirilib ki, keçidlərdəki mağazaların onlara aidiyyatı yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.