Ölkə

Siyəzəndə 400 şagirdin təhsil aldığı məktəb bağlandı - VİDEO

14 Sentyabr 2024 13:00
Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Siyəzən rayonunun Vüqar Qasımov adına Yenikənd kənd tam orta məktəbi bağlanıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər 400 şagirdin təhsil aldığı məktəbin altı ay əvvəl fəaliyyətinin dayandırılmasından narazıdırlar.

Onlar bildirirlər ki, təhsil ocağı aylardır təmirə dayandırılsa da, heç bir iş aparılmayıb. Bu il də 400 şagird təhsilini davam etdirmək üçün qonşu kəndlərə getmək məcburiyyətində qalacaqlar.

Sakinlər, həmçinin kənddə modul tipli məktəb quraşdırılacağı barədə eşitdiklərini, amma bu barədə də heç bir məlumat ala bilmədiklərini bildirirlər.

Sakinlərin narazılığı ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı Murad Qəribov bildirib ki, məktəbdə mövcud vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib və yaxın vaxtlarda təmir-tikinti işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Təhsilin fasiləsizliyini təmin etmək məqsədilə şagirdlər yaxınlıqdakı məktəblərə yerləşdiriliblər və onların nəqliyyat vasitəsilə həmin təhsil müəssisələrinə daşınması Elm və Təhsil Nazirliyi tərəfindən təmin edilir.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.