Bakıda 12-ci beynəlxalq Xəzər Enerji Forumu keçirilib - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
13:58
Bakıda 12-ci beynəlxalq Xəzər Enerji Forumu (Caspian Energy Forum) keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Forum "Caspian Energy Club" tərəfindən təşkil olunub.
Spikerlər arasında Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri Cavid Abdullayev, həmçinin, "Masdar", "Acwa Power" və "SOCAR" şirkətlərinin nümayəndələri yer alıb.
Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varheli Forum iştirakçılarına onlayn müraciətində bildirib ki, Avropa İttifaqı Cənubi Qafqaz və Mərkəzi Asiyadan "yaşıl" enerji dəhlizləri layihələrinin həyata keçirilməsinə maliyyə və texniki dəstək göstərəcək.
Avropa komissarı Cənubi Qafqaz və Mərkəzi Asiyanın enerji və nəqliyyat dəhlizlərinin həyata keçirilməsindəki vacib rolunu vurğulayıb ki, bu da Avropa İttifaqı üçün əsas əhəmiyyət kəsb edir.
"Avropa İttifaqı bu regionlardan "yaşıl" enerji dəhlizləri layihələrinin həyata keçirilməsinə maliyyə və texniki dəstək göstərəcək, eyni zamanda, Avropa İttifaqının TEN-T strategiyası çərçivəsində Orta Dəhlizin inkişafını dəstəkləyəcək", - o qeyd edib.
Varheli Rusiyadan qaz tədarükünün azalmasını nəzərə alaraq, Azərbaycanın Avropaya qaz tədarükünü artırmağın vacibliyini vurğulayıb.
O, noyabrda Bakıda keçiriləcək COP29-la bağlı böyük gözləntilərdən bəhs edərək, bu iqlim sammitinin təmiz və bərpa olunan enerji layihələri üzrə irəliləyiş əldə etməyə kömək edəcəyini bildirib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, Azərbaycan çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini aktivləşdirib.
Onun sözlərinə görə, dövlət ekoloji problemlərin həllinə böyük əhəmiyyət verir və bu istiqamətdə praktiki işlər görür.
"Bu gün Azərbaycan dünya tərəfindən əsas prioritet hesab edilən "yaşıl" keçidin əsas iştirakçılarından biridir", - U.Tağıyeva vurğulayıb.
Nazir müavini qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə karbon neytrallığına nail olmağı hədəfləyirik.
Eyni zamanda, bu il Azərbaycanın üzərinə qarşıdakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını keçirmək məsuliyyəti qoyulub.
"COP29 qlobal iqlim dəyişmələri problemlərinin həlli ilə bağlı ən yüksək platformadır. Biz bu prestijli tədbirə hazırlıq görürük. COP29 çərçivəsində qlobal iqlim gündəliyində iqlim maliyyələşdirilməsi ilə bağlı razılığa gəlmək vacibdir, bu məsələ illərdir həll olunmayıb. Dünyada kifayət qədər maliyyə resursları var. Lakin mühüm məsələlərdən biri bu maliyyə axınlarının qlobal iqlim problemlərinin həllinə yönəldilməsidir. Bu maliyyələşdirmənin ən kəskin problemlərin həllinə yönəlməsi çox vacibdir", - U.Tağıyeva əlavə edib.
Bu forumdan sonra isə ilk qaz forumu işinə başlayacaq.
---------------
10:30
Bakıda 12-ci beynəlxalq Xəzər Enerji Forumu (Caspian Energy Forum) başlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Forum "Caspian Energy Club" tərəfindən təşkil olunub.
Spikerlər arasında Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri Cavid Abdullayev, həmçinin, "Masdar", "Acwa Power" və "SOCAR" şirkətlərinin nümayəndələri yer alır.
Bu forumdan sonra isə ilk qeyri-qaz forumu keçiriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib





