Elza Seyidcahandan ağır ittihamlara cavab: "Nəyi pisdir ki?"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü seçilməsi o zaman ciddi narazılıqla qarşılanmışdı, indi də onun bu təşkilatdan çıxarılması tələb edilir. Söhbət Seyidcahanın telekanalların birində qonaq olduğu proqramda son yayılan şeiridir.
"Tüpürüm sizin ağzınıza" adı verdiyi şeir sosial şəbəkələrdə müzakirələrə səbəb olub və müəllif ciddi qınağa tuş gəlib.
"Tüpürcəyim baldır mənim, Alın bunu ağzınıza" - deyən bəstəkar-şairənin bununla nə demək istədiyini hərə bir yana yozur. Bəziləri deyirlər ki, bu, gizli pornoqrafiya nümunəsidir. Sosial şəbəkə platformalarında yayımlanan "Tüpürüm sizin ağzınıza" şeiri ilə Elzanın hər kəsi təhqir etdiyini deyənlər də var. Elzanın şeirlərində gizli söyüş və pornoqrafiya elementlərinin olduğunu deyənlər hesab edirlər ki, AYB onunla bağlı ciddi tədbir görməlidir.
Bu arada məlumat yayılıb ki, AYB sədri Anar Rzayev deyib ki, sözügedən şeirlə tanış olduqdan sonra qərar verilə bilər: "Şeirlə tanış olduqdan sonra bir söz deyə bilərəm. Əlbəttə, bizim nizamnaməni pozanlar AYB-dən uzaqlaşdırılırlar. Məsələn, klassiklərimizi təhqir edən adam olub ki, biz onu kənarlaşdırmışıq. Elza Seyidcahanın şeirində də təhqir olarsa, tədbir görüləcək".
Milli.Az bildirir ki, qalmaqalla bağlı Əməkdar artist, bəstəkar-müğənni, AYB üzvü Elza Seyidcahan "Yeni Müsavat"a danışıb: "Sənət elə bir şeydir ki, təqdim edirsən və onu oxucuların düşüncəsinə həvalə edirsən. Oxucuların da düşüncəsi müxtəlifdir. Mənim oxucularımın arasında ziyalılar da, qeyri-ziyalılar da var. Sadə insanlar var ki, onlar mənim yazdığım fəlsəfəni, fikrin dərinliyini düşündüyümdən də artıq mənə onu təqdim edirlər. Mənə deyirsiniz ki, bəziləri şeirimdəki ifadələrin pornoqrafik olduğunu düşünür. Buna cavab olaraq deyə bilərəm ki, kimə nə lazımdırsa, şeirimlərində onu görür. Bir də ki, pornoqrafiyanın nəyi pisdir ki? Kim pornoqrafiyadan qaçıb? Bu dəqiqə əksəriyyət pornoqrafiyaya acdır. Ona görə də şeirlərimdə pornoqrafiya görürlər. Məgər dünyadakı bütün canlılar - insanlar, heyvanlar pornoqrafiya üzərində inkişaf etmirmi? Hətta ağaclar belə... Beləliklə, əgər kimsə şeirimdə pornoqrafiya görürsə, deməli, onu görmək istəyir, ona pornoqrafiya lazımdır. Amma mən o şeiri pornoqrafiya düşünüb yazmamışdım. Allahın dili ilə insanlara deyirəm ki, ağzınıza bal alın, gözəl sözlər alın ki, ağzınızdan gözəl sözlər çıxsın. Yəni sadəcə, insanlara üsyan etmişəm ki, kimsəni pis sözlərinizlə incitməyin, sındırmayın".
Əməkdar artist AYB sədri yazıçı Anarın onun barəsində səsləndirdiyi fikirlərə bu cür münasibət bildirib: "Anar müəllim doğru deyir, Azərbaycan klassiklərini təhqir edənlər cəzalanıblar və yəqin ki, belə də davam edəcək. Allah Anar müəllimə cansağlığı versin, ömrünün sonuna qədər AYB-nin sədrlik kürsüsündə əyləşsin. AYB-yə üzv seçiləndə mənə zəng edib, ilk təbrik edən Anar müəllim oldu. Digər gözəl şairlərimizə də ayrı-ayrılıqda çox təşəkkür edirəm ki, mənim quruma üzv seçilməyim üçün rəy veriblər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)





