Ölkə

Bakının “qulağının dibindədir” - Amma evi olan satıb qaçır

14 Sentyabr 2024 12:11
Baxış: 1 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
#EV

Son illər ölkəmizdə ən çox böyüməkdə olan və əhalisi sürətlə artan şəhər şübhəsiz ki, Xırdalandır. Bəzi proqnozlara görə, belə artım tempi ilə Xırdalan çox yaxın zamanlarda "ölkənin ən böyük ikinci şəhəri" adını Sumqayıt və Gəncənin əlindən alacaq. 

Paytaxtdan cəmi 10 kilometr uzaqda yerləşən və Abşeron rayonunun inzibati mərkəzi olan bu şəhər son 10 ildə təxminən 2 dəfə böyüyüb. Paytaxtda intensivləşən söküntü işləri və regionlardan iş, təhsil məqsədi ilə Bakıya üz tutan vətəndaşlar üçün olduqca əlevrişli olan Xırdalan, daşınmaz əmlak alışı üzrə lider sıralarda qərarlaşıb. Elan saytlarına və satış səhifələrinə nəzər salsaq, ən çox mənzil və həyət evinin də məhz bu ünvandan qoyulduğunu müşahidə edə bilərik. 

Milli.Az xəbər verir ki, yenisabah.az bu mövzu ilə bağlı maraqlı tendensiya ilə qarşılaşıb. Məsələ ilə bağlı diqqətçəkən nüans odur ki, Xırdalanda mənzil və ev alan vətəndaşların bir çoxu, cəmi bir neçə il sonra sözügedən əmlaklarını daha ucuz və təcili şəkildə satışa çıxarır. Bu tendensiya ən çox yenitikili binalarda özünü göstərir. Yerli realtorlar prosesin intensiv olmasını inkar etsə də, səbəbləri etiraf edirlər. Onların müşahidəsinə görə, Xırdalanın mənfi tərəflərinin başında nəqliyyat sıxlığı, səs-küylü məhəllə mühiti və plansız tikinti gəlir. Yüksək rütubətlilik və kanalizasiya xətlərinin bərbad olması isə digər problemlər arasındadır. Bütün bu sadalanan mənfi nüanslar müqabilində Xırdalanda yaşamağın ən müsbət tərəfi Bakıya yaxın olması və nəqliyyat sisteminin nisbətən yaxşı olmasıdır. Lakin demək olar ki, günün hər vaxtı müşahidə olunan nəqliyyat tıxacları paytaxtda daha tez çatma arzusunu sakinlərin gözündə qoyur.

Xırdalanda satışa təqdim olunan daşınmaz əmlaklara olan intensiv tələbatın başlıca səbəbi, qiymətlərlə bağlıdır. İstər mənzil, istərsə də həyət evləri seqmentində olduqca ucuz satılan əmlaklar ilk baxışda alıcılar üçün ideal fürsətə çevrilir. Lakin realtorların da dediyi kimi, bir müddət sonra Xırdalanın yeni sakinləri əllərinə düşən ilk fürsətdəcə burdan "qaçırlar". 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.