Ölkə

Fatma Səttarova II Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB - FOTO

14 Sentyabr 2024 14:07
Baxış: 3 454
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:07

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı Fatma Səttarovanın dəfn mərasimi keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Fatma Səttarovanın nəşi II Fəxri xiyabanda dəfn olunub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib. Əklil məzarın üstünə qoyulub.

Qeyd edək ki, 102 yaşlı Fatma Səttarova bu gün vəfat edib.

--------
10:52


Bu gün vəfat edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarovanın dəfn yeri açıqlanıb.

Milli.Az xəbər verir ki, təşkilatdan bildirilib ki, mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, "İstiqlal" ordenli F.Səttarova 102 yaşında dünyasını dəyişib.

--------
09:27


Görkəmli ictimai xadim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Fatma Səttarova 102 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, "İstiqlal" ordenli F.Səttarova, həm də Prezident təqaüdçüsü idi.

O, bu ilin fevralında keçirilən prezident seçkilərində seçki məntəqəsinə gedərək səs vermişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.