Ölkə

Minatəmizləmədə iştirak edən qadınların sayı açıqlandı

20 Avqust 2024 13:20
Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın minatəmizləmə qrupunun yaradılması ilə bağlı elan verildikdən sonra paramedik vəzifəsi də daxil olmaqla, ümumilikdə 54 nəfər layihədə çalışmaq üçün müraciət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi" adlı layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

O qeyd edib ki, 16 iyun 2023-cü il tarixdə fiziki və psixoloji vəziyyəti tələblərə cavab verən 33 qadın üçün təlimlərə başlanılıb:

"Təlimlər icraçı yerli təşkilat Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtər Regional ofisində layihənin digər beynəlxalq tərəfdaşı, Böyük Britaniyadan olan Mines Advisory Group (MAG) tərəfindən keçirilib. Hazırda dörd komandanın tərkibində 25 qadın (23 mina təmizləyən və 2 paramedik) mina təmizləmə əməliyyatlarını həyata keçirir ki, bunun da üçü tamamilə qadınlardan, biri isə qarışıq formadadır. İki komandanın fəaliyyəti ABŞ Dövlət Departamenti tərəfindən MAG təşkilatı vasitəsilə, digər iki komandanın fəaliyyəti isə Avropa İttifaqı tərəfindən BMT-nin İnkişaf Proqramı vasitəsilə maliyyələşdirilir".

Hafiz Səfixanovun sözlərinə görə, qadın minatəmizləmə qrupları hazırda Ağdam rayonunun Nəmirli kəndində mina sahəsinin, Güllücə kəndində isə döyüş sahəsinin təmizlənməsini həyata keçirir.

"Bundan başqa Güllücə kəndində texniki təhdiqat da aparılır. Qadın minatəmizləmə qrupları tərəfindən 2024-cü ilin ötən dövrü ərzində 2 524 291 m2 ərazi təmizlənib və 17 ədəd tank əleyhinə mina və 6 ədəd PHS aşkarlanıb. Qadın minatəmizləmə qruplarının fəaliyyətinə BAMF-ın İcma Mina Aksiyası komandasının peşəkar mütəxəssisləri ilə yanaşı, APOPO-nun mina axtaran itləri və siçovulları ilə də dəstək verilir. Bundan başqa, lazım olduqda ANAMA tərəfindən mina axtaran maşınlar da əməliyyatlara cəlb edilir.

25 sentyabr 2023-cü il tarixdən qadın mina təmizləmə qrupları fəaliyyətə başlayıb və 15 avqust 2024-cü il tarixədək ümumilikdə 3 203 997 m2 ərazi təmizləyoib, nəticədə 12 PƏM, 25 TƏM və 77 PHS aşkarlanıb", - deyə o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.