İqtisadiyyat

Azərbaycana avtomobil idxalı azalıb

25 Noyabr 2024 08:59
Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il ölkəyə idxal edilən avtomobillərin sayı nisbətən azalıb...

Belə ki, bu ilin ilk 10 ayında Azərbaycana 75 minə yaxın avtomobil idxal edilib. 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 8 % və ya 6483 ədəd azalıb, dəyəri isə 8 % və ya 110.4 milyon dollar artıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov deyir ki, idxalın azalmasının, gətirilən avtomobilin dəyərinin artmasının bir neçə səbəbi var. Əsas səbəb nisbətən ili təzə avtomobillərin ölkəyə gətirilməsi, istehsal ili köhnə olan avtomobillərin idxalına tətbiq edilən məhdudiyyətdir.

Bu ilin yanvar-oktyabr aylarında idxal olunan elektrik mühərrikli avtomobillərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 167 ədəd artaraq 2592 ədəd təşkil edib. Bu avtomobillərin alışı zamanı kredit güzəştlərinin olması sayın artmasının əsas səbəblərindəndir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.