Azərbaycanda bu qaydaya dəyişiklik edildi - QƏRAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydası"nda dəyişikliklər edilib.
Milli.Az xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və ya meşə fondundan istifadə nəticəsində bu Qayda ilə müəyyən edilmiş hallarla bağlı meşə təsərrüfatına dəyən zərər və itkilər tam şəkildə ödənilməlidir.
Meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və ya meşə fondundan istifadə nəticəsində meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında" 1993-cü il 27 dekabr tarixli 636 nömrəli, "Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxlarının təsdiq edilməsi haqqında" 1994-cü il 24 avqust tarixli 312 nömrəli qərarları və 2000-ci il 15 mart tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş "Meşələrin iqtisadi qiymətləndirilməsinin Metodikası"na uyğun olaraq tənzimlənir.
Bu Qaydaya əsasən, meşə təsərrüfatına dəyən zərər və itkilərə görə hesablanmış məbləğin təqsirkar fiziki və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ziyanın miqdarı ilə bağlı qərar (hesabat sənədi ilə birlikdə) təqsirkar olan fiziki və hüquqi şəxslərə şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir.
Meşə təsərrüfatına dəymiş ziyanın ödənilməsi təqsirkar fiziki və hüquqi şəxslər üçün məcburidir, bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bütün binalarda elektrik sobaları olacaq - (Video)
-
Yasamal və Abşeronda işıq olmayacaq
-
Oyunda olarkən Bruno Fernandeşin evi qarət edildi
-
Parisin iki rayonunda komendant saatı tətbiq edilib
-
Günün qoroskopu: Pul xərcləyərkən daha ehtiyatlı olmalısınız
-
Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Tünzalə Ağayevanın təmtəraqlı yubileyindən (Video)
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
-
Xırdalanda evlər ucuzlaşıb - (Video)
-
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
-
Zelenski müsahibə zamanı ağladı - (Video)
-
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
-
Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
-
Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
-
Sabah Binəqədidə qaz olmayacaq
-
"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
-
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
-
Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
Tramp anlaşılmaz səslər çıxardı - (Video)
-
Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
-
Qazini qətlə yetirən şəxs saxlanıldı - Yenilənib (Foto)
-
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
Bakıda binada uçqun - Mənzillərin tavanı çöküb
-
Bu il metroda 700-ə yaxın sərnişin eskalatordan yıxılıb - Rəsmi





