İqtisadiyyat

Balıq bazarında vəziyyət necədir? - yerli yoxsa xarici balıqları almalı? - VİDEO

25 Noyabr 2024 08:09
Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balıq bazarında yerli məhsulların qiyməti bahalaşıb, alıcı sayı azalıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, səbəb balıq yeminin bahalaşması ilə yanaşı xəzərə mənsub balıqlarının sayının qıtlığı ilə əlaqəlidir.

Xaricdən gətirilən dəniz məhsulları bazarda liderlik edir. Bu siyahıda Qara dəniz məhsullarının sayı birincidir.

Balıq satışı üzrə mütəxəssis İlkin Novruzovun sözlərinə görə, hazırda ən çox levrək, çupra, qızılbalığa tələbat var. Yerli məhsullar isə bazarın 10 faizini təşkil edir:

Onun sözlərinə görə, xarici balıqların içərisində ən bahalısı salmondur. Bu balıq növü əvvəllər 30-35 manat idisə, indi qiyməti 40-45 manat arasında dəyişir. Nərə əvvəllər 50-55 manat idisə, hazırda 40-35 manatdır. Forel əvvəllər 18-20 manata satılırdısa, indi 14 manata qədər düşüb

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.