Kriminal

Azərbaycanda kişi bu mesaja görə bacanağını və arvadını bıçaqladı

31 Yanvar 2026 21:47
Baxış: 424
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Balakəndə kişi arvadını və bacanağını bıçaqlayıb.

Milli.Az xəbər verir ki, hadisə rayonun Qaysa kəndində qeydə alınıb.

38 yaşlı Kamal Məmmədov (ad və soyad şərtidir) yaşadığı evin həyətində bacanağını, evin qonaq otağında isə arvadını bıçaqlayıb. Bu əməllərinə görə, o saxlanılıb və barəsində cinayət işi başlanıb.

İttiham aktına görə, bacanağı onun evinin həyətindəki tikilidə gizlənib "Whatsapp" vasitəsilə Kamalın arvadına mesaj yazaraq həyətə düşməsini istəyib. Bundan xəbər tutan Kamal Məmmədov qısqanclıq zəminində həyətdə bacanağını bıçaqlayıb. Daha sonra evə girərək qonaq otağında arvadına da bıçaqla xəsarət yetirib.

Təqsirləndirilən şəxs məhkəmə çıxışı zamanı barəsində "Konstitusiya və Suverenlik İli" çərçivəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.

Balakən rayon Məhkəməsinin qərarı ilə K. Məmmədov barəsində cinayət təqibinə xitam verilib və o, məsuliyyətdən azad olunub. (Lent.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.