Cəmiyyət

Məşhur müğənni dələduzluğa məruz qaldı - DİN-dən reaksiya

31 Yanvar 2026 22:22
Baxış: 330
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyi (DİN) Bakıda müğənninin dələduzluğa məruz qalması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli oxu.az-a açıqlamasında bildirib ki, polisə vətəndaş Asif Məhərrəmovun evinin təmir-tikinti işləri zamanı pul vəsaitinin ələ keçirilməsi iddiası ilə bağlı müraciəti daxil olub.

Onun sözlərinə görə, müraciət əsasında Binəqədi Rayon Polis İdarəsində zəruri araşdırmalar aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.