Saatlarla qaranlıq tualetdə saxlanıldığını deyən gənclə bağlı rəsmi açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alkoqolizmdən əziyyət çəkən E.Eyvazovun müalicə üçün yerləşdirildiyi "Start" reabilitasiya mərkəzində işgəncələrə məruz qalması barədə məlumatlar yayılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov feysbukda yazıb. O bildirib ki, E.Eyvazov bu ilin 5 aprel tarixindən iyunun 19-dək mərkəzdə müalicə alarkən dözülməz şiddətlə üzləşib. Atası tərəfindən müalicəsi üçün üç min manat ödənilən gənc "Start" reabilitasiya mərkəzində olduğu müddətdə qeyri-insani rəftarla üzləşdiyini bildirib. E.Eyvazov məsələ ilə bağlı polisə müraciətinin araşdırılmadığını iddia edib:
"Orada olduğum müddətdə mənə zülm verdilər. Daim işgəncə altında oldum. Ağzımı və qollarımı bağlayıb, hovuzun içinə atırdılar, boğurdular. Son anda sudan çıxarırdılar, bir qədər nəfəs alırdım, sonra yenidən eyni üsulla boğurdular. Mərkəzin əməkdaşları yerə uzadıb, ayaqlarımı arxadan belimə bağlayırdılar. Taxta ilə başıma və üz nahiyəmə zərbələr endirirdilər. Saatlarla qaranlıq tualetdə saxlayırdılar".
DİN-in Mətbuat xidməti Abşeron rayonu ərazisində vətəndaşın müalicə aldığı reabilitasiya mərkəzində işgəncəyə məruz qalması və müraciətinin araşdırılmadığı ilə bağlı yayılan iddialara münasibət bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Abşeron rayonu ərazisində vətəndaşın müalicə aldığı reabilitasiya mərkəzində işgəncəyə məruz qalması və müraciətinin araşdırılmadığı ilə bağlı yayılan iddialara münasibət bildirib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Anar Qafarov bildirib ki, Elvin Eyvazov Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək cari ilin aprel-iyun aylarında Novxanı qəsəbəsində yerləşən "Start" reabilitasiya mərkəzində alkoqolizmdən müalicə aldığı müddətdə mərkəzin əməkdaşları Emin və Orxan adlı şəxslərin ona fiziki və psixi təsir göstərdiyini, həmçinin orada müalicə alan Şamil adlı şəxsin isə onun sifət və qol nahiyəsindən yumruq zərbələri ilə vuraraq xəsarət yetirdiyini bildirib.
Araşdırma zamanı mərkəzin təsisçiləri, eləcə də adları çəkilən əməkdaşları Emin Əliyev və Orxan Şirinovun izahatları alınıb. Onlar müalicə müddətində E.Eyvazova psixi və fiziki zor tətbiq etmədiklərini bildiriblər.
Reabilitasiya mərkəzində müalicə alan Şamil İbrahimov isə izahatında həmin gün E.Eyvazovun aqressiv hərəkətlər etməsi səbəbindən ona irad bildirdiyini və qolundan tutaraq masaya əyləşdirdiyini qeyd edib. Məhkəmə-tibbi ekspertizası zamanı E.Eyvazovun üzərində dərəcəsi təyin olunmayan və sağlamlığa zərər vurmayan xəsarətlər aşkar olunub və bu barədə rəy verilib.
Araşdırmaların yekunu olaraq 17 iyun 2024-cü il tarixində "Start" reabilitasiya mərkəzində Ş.İbrahimovun orada müalicə alan E.Eyvazovun sifət və qol nahiyələrinə xəsarət yetirməsi nəticəsində sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirdiyi sübuta yetirilib. Ş.İbrahimovun hərəkətində cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri görülüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
-
Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yarışı start götürdü
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
-
Rusiyanın itkiləri yeniləndi
-
Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yarışı start götürdü
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir





