Xəzər niyə insanları “udur”? – Dənizdəki görünməz təhlükə bu imiş…
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dənizdə baş verən boğulma hadisələri artıq yay fəslinin faciəsinə çevrilib. Demək olar ki, hər il analoji hadisələr yaşanır. İllər keçdikcə isə, Xəzər dənizi sanki daha çox insanı öz ağuşuna alır. Nəticə isə acı sonluqdur. Bir çoxları bunun səbəbini məsuliyyətsizlik, laqeydliklə əlaqələndirib, qoyulan qaydalara əməl etmədikləri üçün insanları günahlandırır. Ancaq bir qisim şəxslər də var ki, batmağa səbəb kimi dənizin dibində olan zəlzələ çuxurlarını göstərir.
Milli.Az xəbər verir ki, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev "Yeni Sabah"a açıqlamasında zəlzələnin dənizdə yaratdığı çuxurların bu hadisələrlə əlaqəsini izah edib:
"Seysmoloq olaraq müşahidə etmişəm ki, son illər 2023-cü ildən etibarən Xəzər dənizində zəlzələnin baş verməsi kəskinləşib və aktiv şəkildə özünü büruzə verir. 2024-cü ilin sonuna qədər belə davam edəcək. Ümumiyyətlə isə, Xəzər dənizi çox mürəkkəb tektonikliyə malikdir. Burada bir neçə qırılmalar, tektonik pozuntular, qırışıqlar, xırda miqyaslı tektonik hərəkətlər mövcuddur. Təbii ki, zəlzələlərin tez-tez baş verməri Xəzərin dibinə də öz təsirini göstərir. Son zamanlar dənizin suyunda enmə müşahidə olunur. Enməyə səbəb kimi bir neçə versiya göstərilir ki, parlama, iqlim dəyişikliyi və s. proseslərlə əlaqələndirilir".
Ekspert insanları dənizdə riskli hərəkətlər etməməyə səsləyib:
"Bir seysmoloq kimi, mən mövcud vəziyyəti Xəzər dənizinin dibinin dəyişməsi ilə əlaqələndirirəm. Çünki Xəzər dənizinin dibi son illər aktiv hərəkətdədir və burada yerdəyişmələr mövcuddur. Həmçinin, çuxurlar da əmələ gəlir. Bu həm dərinliklər, həm də səthə yaxın ərazilər üçün keçərlidir. Bu səbəbdən əhali çox ehtiyatlı davranmalıdır. Tövsiyə olunan və təhlükəsiz ərazilərdə üzməlidir. Unutmaq olmaz ki, Xəzər dənizində çuxurlar mövcuddur. Hətta icazə verilən səthi yerlərdə belə çuxurlar çoxdur. Əhalini ehtiyatlı olmağa və çox riskli hərəkətlər etməməyə çağırıram. "Bura dayazdır, bir az da üzərək qabağa gedim" deyərək çox da uzaqlaşmasınlar. Çuxurlarla üzləşə bilərlər və belə olduqda onların həyatını xilas etmək təəssüf ki, mümkün olmur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
21 yaşlı Niyazın faciəli ölümü ilə bağlı yeni detallar
-
Bəzi ərazilərdə işıq kəsiləcək
-
9-cu sinif şagirdi vəfat etdi (Foto)
-
Kıvanç Tatlıtuğ səyyah olur: Həm gəzəcək, həm də pul qazanacaq
-
Zaur Baxşəliyev verilişinin bağlanma səbəbindən danışdı (Video)
-
Hüseyn Həsənovun vəkilindən 4 illik həbs hökmü ilə bağlı açıqlama - Yenilənib
XƏBƏR LENTİ
-
Sözünün üstündə duran 4 bürc
-
Yayın ən bərəkətli tərəvəzi: Kolundan dərdikcə yenisi gəlir
-
Tel-tel ayrılan yağlı çörək resepti
-
Qarpızların üzərinə bu səbəbdən daş qoyurmuşlar: Qiymətini ikiqat artırır
-
Konserv qapağı şişsə nə baş verər?
-
Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir - səbəb
-
Plov bişirərkən 1 qaşıq əlavə edin: dən-dən qalacaq
-
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib - nəticələr
-
Türkiyə ordusunda bir ilk: Polkovnik Özlem Karapınar general oldu
-
Ermənistanın bir hissəsi işıqsız qaldı
-
21 yaşlı Niyazın faciəli ölümü ilə bağlı yeni detallar
-
Bəzi ərazilərdə işıq kəsiləcək
-
9-cu sinif şagirdi vəfat etdi (Foto)
-
Kıvanç Tatlıtuğ səyyah olur: Həm gəzəcək, həm də pul qazanacaq
-
Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat
-
Zaur Baxşəliyev verilişinin bağlanma səbəbindən danışdı (Video)
-
20 kiloqram pomidordan neçə banka tomat pastası çıxır?
-
Himalay və ya qaya duzu deyilmiş: Ən sağlam duz açıqlandı
-
Hüseyn Həsənovun vəkilindən 4 illik həbs hökmü ilə bağlı açıqlama - Yenilənib
-
Təranə Səmədovanın uşaq evində olan qızı - (Video)
-
Kaxa Kaladzedən NATO açıqlaması: "Gürcüstan və Ukraynanı illərdir aldadıblar"
-
Türkiyədə tanınmış teleaparıcı Tahir Sarıkaya həbs edildi (Foto)
-
Füzulinin iki kəndində güclü yanğın başlayıb (Foto)
-
Məhəmməd Salah “Trabzonspor”da





