Ölkə

Dilbər Axundzadə vəfat etdi

10 İyul 2024 23:28
Baxış: 2 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış jurnalist Dilbər Axundzadə vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Agentliyin rəhbərliyi və kollektivi tanınmış jurnalist Dilbər Axundzadənin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, Dilbər Axundzadə Zaqatala şəhərində anadan olub. 50 ildən çox jurnalistika sahəsində şalışıb. Əvvəl "Молодежь Азербайджанa" qəzetində çalışıb. Sonra qısa bir müddətə "Пионерская Правда" qəzetinin Azərbaycandakı müxbiri olub. Bundan başqa, "Вышка", "Бакинский рабочий", "Зеркало" qəzetlərində işləyib. Uzun müddət "Exo" qəzetində çalışıb.

Allah rəhmət eləsin!

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.