Ölkə

Bakıda bu məşhur lisey bağlandı - RƏSMİ - FOTO

27 İyun 2024 16:53
Baxış: 3 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda on il əvvəl fəaliyyətə başlamış lisey bağlanıb

Bakı Fransız Liseyi Təhsil Kompleksi ləğv olunub.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə qurum özü elan edib.

Xatırladaq ki, liseyin fəaliyyətinin dayandırılacağı ilə bağlı bu ilin aprel ayında şagirdlərin valideynlərinə məktub göndərilib.

Bu tədris ilində liseydə 200 şagird təhsil alıb. 

Xatırladaq ki, Bakı Fransız Liseyi Təhsil Kompleksinin açılışı 2014-cü ilin sentyabrında olub. Lisey Bakının "Ağ şəhər" adlanan ərazisində yerləşir. Tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla, ibtidai və kollec-lisey qrupları fəaliyyət göstərib.Tədris fransız dilində aparılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.