Ölkə

Tarix yazan ordumuz - Vətən əmin əllərdədir!

25 İyun 2024 23:50
Baxış: 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Milli Ordusunun yaradılmasından 106 il keçir. 1918-ci ilin 26 iyun tarixində Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıb. Həmin ilin avqust ayında AXC-nin Hərbi Nazirliyi təsis edilib. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin ediliblər. Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilib.

Bu gün ordumuz həm hərbi əməliyyatların keçirilməsi, həm də humanitar məsələlərin həlli baxımından seçilir. Məhz son illər ərzində həyata keçirilən uğurlu hərbi əməliyyatlar və onun nəticələri deməyə əsas verir ki, ordumuz bir sıra dövlətlər üçün nümunədir. Bəzi ölkələrin bizim 44 günlük müharibə zamanı dron texnologiyasından istifadə, pilotsuz uçuş aparatları ilə yeni nəsil müharibə təcrübəmizdən yararlanmaq istəmələri də bunun bariz nümunəsidir.

44 günlük müharibə Azərbaycan ordusunun gücünü hamıya göstərdi. Bütün dünya Azərbaycan ordusunun qüdrətinin sübutlarla, detallı şəkildə şahidi oldu. Həmin müharibə dövründə Müdafiə Nazirliyinin təqdim etdiyi videolar ordumuzun dünyaya səs salmasına kifayət etdi.

Müharibə itkisiz olmur. Bizim də itkilərimiz olsa da, dünyanın heç bir ölkəsində bu qədər az itki ilə, bu qədər böyük naliyyəti qazanmaq demək olar ki, tarixdə nadir hallardan biri idi. Şuşanın azad edilməsi əməliyyatı isə ümumiyyətlə dastana çevrildi, illər boyunca da müzakirə olunacaq.

Əsgər və zabitlərimizin qəhrəmanlığının, peşəkarlığının, mərdliyinin şahidi olduğumuz daha bir hadisə isə 24 saatdan da az bir vaxtda həyata keçirilən antiterror tədbirləri oldu. Hansı ki, bu əməliyyatlar da tariximizdə iz qoydu, Qarabağ separatçılarının sonunu gətirdi, qələbəmizi şərtləndirdi.

Bir sutkadan da az vaxt dedikdə, çoxları elə düşünə bilər ki, bu çox rahatlıqla əldə olunmuş qələbədir. Halbuki, sentyabrın 20 də keçirilən antiterror tədbirləri də 44 günlük müharibədə olduğu kimi çox ağır şəraitdə reallaşdırılıb. Real şəraitdə vəziyyət Müdafiə Nazirliyinin yaydığı videolardakı PUA ilə hərbi texnikanın vurulmasına baxmaq qədər zövqlü deyildi. Hətta, tədbirlər başlanarkən, hava şəraiti münasib olmadığına görə aviasiya və dronlardan istifadə etmək çox çətin idi. Hərbçilərimiz çalışırdı ki, mülki obyektlərə, mülki şəxslərə ziyan dəyməsin. Baxmayaraq ki, Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri silah-sursatı mülki obyektlərdə, yaşayış binalarında gizlədirdilər. Sentyabrın 20-də keçirilən lokal xarakterli antiterror tədbirləri müharibə sayılmasa da, şərtləri onun qədər ağır idi.

Sözsüz ki, ordumuzun bugünkü halının, gücünün qüdrətinin formalaşmasında əsas faktorlardan biri quruculuq siyasətidir ki, bu da məhz İlham Əliyevlə birbaşa bağlıdır. Aydın məsələdir ki, insan nə qədər güclü olsa da, texnikanın qarşısında, müasir silahların qarşısında acizdir. İlham Əliyev müasir silahların alınmasında, texnikamızın yenilənməsində misilsiz rolu var. Onun apardığı kadr islahatları da müdafiə sisteminin gücünün əsas elementlərindən biridir.

Qələbəyə gedən yolda itkilər həmişə olub, amma, qarşıya qoyulmuş vəzifələrin miqyası, əhəmiyəti ilə müqayisədə itkilərimizin sayı olduqca az olub. Suverenliyimizin tam bərpasına nail olmaq üçün öz canlarını fəda edən, igidlik, qəhrəmanlıq, şücaət göstərən şəhidlərimizlə qürur duyuruq.

İslam
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.