Rusiyanı ən zəif yerindən vurdular - Ekspert
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dağıstanda baş verənlər Rusiya üçün artıq həyəcan təbilinin çalınması deməkdir. Çünki faktiki olaraq Ukrayna müharibəsindən sonra Moskvanın diqqətinin oraya yönəlməsi Şimali Qafqazda böyük bir boşluq yaradıb. Fikir versək, Şimali Qafqazda zaman-zaman terror aktı hadisələri, İŞİD-lə toqquşmalar baş verir, Dağıstanda, İnquşetiyada, Çeçenistanda fövqəladə hal, hərbi vəziyyət elan edilir.
Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a politoloq Turab Rzayev Dağıstandakı terror hadislərinə münasibət bildirərkən deyib.
Politoloq 2023-cü ilin oktyabrında hava limanına edilən hücumu xatırladaraq, bunun həmin bölgədə dövlət nəzarəti olmadığını göstərən əsas amil kimi dəyərləndirib:
"Rusiya hava agentliyi hücuma görə bütün uçuşları dayandırmağa məcbur olmuşdu. Yerli gənclər Qəzza müharibəsindən qəzəblənib, orada yəhudi axtarışına çıxmışdılar. Təsəvvür edin, oradakı yəhudilərdən bir neçəsi tutulsa və ya öldürülsə idi, dövlətlərarası skandala yol açacaqdı. İndi isə bu qədər polisin öldürülməsi, dövlətin bunu zəbt edə bilməməsi, bundan əvvəl Moskvada baş verən silahlı atışma Rusiyada dövlət nəzarətinin zəiflədiyinin ən bariz nümunələridir. Faktiki olaraq, biz 90-cı illərin əvvəllərindəki hadisələrlə üz-üzəyik. Demək olar ki, Rusiyanı Ukraynada zəiflətmək üçün onu ən zəif yerindən - Şimali Qafqazdan, haradakı yerli kriminal ünsürlər çoxdur, oradan vurmağa çalışırlar".
Politoloq Putinin Şimali Koreya səfərinə də toxunaraq, terror hadisələrinin arxasında gizlənən səbəbin bu ola biləcəyinə də diqqət çəkib:
"Putin səfəri zamanı Şimali Koreyaya zərbə endirilməsinə icazə verməyəcəyini bildirdi, yeni strateji müqavilə imzaladı. Həmçinin Qərbə gözdağı verdi ki, yeri gəlsə, Şimali Koreya üzərindən ABŞ-ın qərb əyalətlərini və ya Sakit okeandakı birinci müdafiə halqasında olan ölkələri - Yaponiyanı, Cənubi Koreyanı, Filippini, Tayvanı və s. hədəf ala, yeni nüvə başlıqları, ballistik raketlər sınaqdan keçirə bilər. Faktiki olaraq, Putin bununla Qərbi şantaj elədi. Düşünürəm ki, bu, Qərbin Rusiyaya reaksiyası ola bilər. Ki, əgər Moskva Şimali Koreya və digər hansısa ölkələrlə bu qədər yaxınlaşmağı davam etdirsə, Qərbi şantaj eləsə, ABŞ-ın da buna cavabı çox sərt olacaq, Rusiyanı daxildən qan gölünə çevirəcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
XƏBƏR LENTİ
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)





