Ölkə

Çimərlikdə oğurluq edən şəxsin ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO

22 İyun 2024 13:33
Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 20-də Şıx çimərliyində bir qadının içərisində pulu, mobil telefonu, qızıl üzüyü, sənəd və bank kartları olan çantası oğurlanıb.

Milli.Az bildirir ki, oxu.az-ın məlumatına görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Füzuli Soltanov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, oğurluq əməlini törətmiş şəxs nəzarətsiz qalan masaya gələrək çantanı oğurlayır və yoluna davam edir. Bununla bağlı görüntülər isə təhlükəsizlik kamerasında lentə alınıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.