Ölkə

Kürdəmirdə ağır qəza: ölən var - FOTOlar

18 İyun 2024 07:56
Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1976-cı il təvəllüdlü Qasımov Elşən Məhəmmədəli oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən arxadan "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə E.Qasımov hadisə yerindəcə ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.